“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

Bir sıra tanınmış dünya xəbər portalları – Amerika Birləşmiş Ştatlarının “Texas.statenews.net”, Fransanın “Musulmans en France”, Argentinanın “Equilibrium Global”, “Tuvozalmundo”, Rumıniyanın “News24hours.ro”, “Lumea.ro”, “Caucaz.ro”, Çexiyanın “Rebuildsyia.cz”, Türkiyənin “Dibace.net”, “Anahaberyorum.com”, İraqın “Ashurnews.com”, “Afkarhura.com”, İordaniyanın “Əl-Ənbat”, “Johinanews.com”, "Nbnjo", Əlcəzairin “Alharir.info”, Misirin “News İnternational”, Gürcüstanın “Zğvauri” saytları və sosial şəbəkələri ADTM-in “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırlanmış “Qanlı tarix – Xocalı soyqırımı” adlı videoçarxın yayınına başlayıb.
Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx silahlı erməni terrorçu dəstələrinin 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı qətliamdan, dinc azərbaycanlıların soyqırımından bəhs edir.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...