“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” videoçarxı xarici dillərdə

“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” videoçarxı xarici dillərdə

Dövlət Tərcümə Mərkəzi dahi rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstayanın 1915-ci ildə Qırmızı Xaç Cəmiyyətinin xətti ilə göndərildiyi Türkiyənin Van şəhərində canlı şahidi olduğu erməni vəhşilikləri haqqında videoçarx hazırlayıb. Beynəlxalq internet məkanında ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

 

 

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında 

Dahi rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstaya məşhur Yasnaya Polyana muzeyinin və Tolstoy Fondunun yaradıcısı olmaqla bərabər bədii və publisistik əsərlər müəllifi kimi də tanınır.

1915-ci ildə Aleksandra Tolstaya Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Rusiya təmsilçisi qismində Türkiyənin Van şəhərinə göndərilir və orada erməni yaraqlılarının türklərə qarşı törətdiyi vəhşiliklərin canlı şahidi olur, gördüklərini gündəliyində qeyd edir.

 

 ...Yerlə yeksan  olmuş Van şəhəri... ...Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurur, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yandırdılar...

Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi uğrunda vəhşi kimi vuruşurdular. Erməni qadınları gecələri gündüzlərə qataraq mərmilər düzəldir, türklərə atır, ölənləri  gölə salırdılar...

* * *

Biz boş qalmış məktəb binasına daxil olduq... Döşəmənin üzərində üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənləri gördük. Türklərdir... kişilər, qadınlar, qocalar, uşaqlar...

Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar...

          Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır... Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad diləyirlər...

Gözüm bir küncə qısılmış, qolları, sanki ölmüş kimi yanlarına düşmüş türk qadınına sataşdı. Onun lap astadan gələn iniltisi güclə eşidilirdi...

Qırmızı Xaç Cəmiyyətinin Amerika nümayəndəsi mister Yarrou mənim sual dolu baxışlarıma cavabında:

– Onun qollarını ermənilər dartıb çıxarıblar, – dedi.

– Ermənilər? – mən heyrət içində. – Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – deyə soruşdum. – Amma qəzetlərdə oxumuşdum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğrayan türklərdir. Heç nə anlaya bilmirəm...

– Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi olduq, – dedi. – Onlar qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb kökündən çıxarır, ayaqlarını sındırırdılar. Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmüşəm...

VƏ DİGƏR...

  • Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

    İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,

  • Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub

    Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri 

  • Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında

    Qazaxıstanın  adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkə­zi­nin “Ən ye­ni Azərbaycan ədəbiyyatı” la­yihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş  gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı”