“31 Mart soyqırımı” xarici KİV-də

Bir sıra tanınmış dünya xəbər portalları – Əlcəzairin “Alharir.info”, İraqın “Ashurnews.com”, “Afkarhura.com”, Misirin “News International”, El Salvadorun “Reflexiones Internacionales” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırlanmış “31 Mart soyqırımı tarixi mənbələrdə” adlı sənədli materialın yayınına başlayıb.
Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış yazı erməni silahlı dəstələrinin 1918-ci ilin 31 martında Azərbaycanın Bakı, Şamaxı, Quba və digər bölgələrində törətdiyi qanlı qətliamdan, dinc azərbaycanlıların soyqırımından bəhs edir.
VƏ DİGƏR...
-
Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda
Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.
-
Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında
Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş
-
Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də
Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”, “Edebiyat-vesanatakademisi.com”, “Erikaga-cioyku.com”, Çexiyanın “Rebuil-dsyria.cz”,