“ŞUŞA MUSİQİ OCAĞININ DAHİ YETİRMƏSİ” məqaləsi xarici KİV-də

Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni”, Fransanın “La Gazette” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalov, rumın dilinə tərcümə müəllifi – Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, tanınmış rumın tərcüməçisi Jozefina Blazsani-Batto, türk dilinə tərcümə müəllifi – Mərkəzin türk dili mütəxəssisi Kəmalə Ələkbərova, ingilis dilinə tərcümə müəllifi – Mərkəzin ingilis dili mütəxəssisi Məryəm Səmədova, ispan dilinə tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, gürcü dilinə tərcümə müəllifi - Mərkəzin gürcü dili mütəxəssisi İmir Məmmədli, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.
VƏ DİGƏR...
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.