“Yeddi gözəl” İspaniya kitabxanalarında

“Yeddi gözəl” İspaniya kitabxanalarında

Dövlət Tərcümə Mərkəzinin “Nizami İli”nə töhfə olaraq ispan dilində İspaniyada nəşr etdirdiyi  “Yeddi gözəl” kitabı ölkənin bir çox mərkəzi kitabxanalarına yerləşdirilib.

Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.

       

 

         

Kitabxanaların siyahısı:

 

İspaniya Milli Kitabxanası;

Madrid Assambleyasının Kitabxanası;

Barselona Universitetinin Mərkəzi Kitabxanası;

Madrid Universitetinin Mərkəzi Kitabxanası (UNED);

Madrid Universitetinin Mərkəzi Kitabxanası (UAM);

Madrid Ateneo Universitetinin Kitabxanası;

Valladolid Universitetinin Kitabxanası;

Madrid Şəhər Kitabxanası;

Madrid Regional Kitabxanası;

Komillas Pontifik Universitetinin Kitabxanası;

Pablo Neruda adına Kitabxana;

Ruiz Egea adına Kitabxana;

Damaso Alonso adına Kitabxana;

Fransisko İbanez adına Kitabxana;

Pedro Salinas adına Kitabxana;

Xose Luis Sampedro adına Kitabxana;

Mursia Regional Kitabxanası;

Hortaleza Kitabxanası;

Aluçe Kitabxanası;

Persepolis Mədəniyyət Mərkəzinin Kitabxanası;

Viva de Al-Andalus Kitabxanası;

Andalusia İnstitutunun Kitabxanası;

Andalusia Kitabxanası;

Araqon Kitabxanası.

 

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.