Azərbaycan yəhudiləri haqqında məqalə Fransa xəbər portalında

Azərbaycan yəhudiləri haqqında məqalə Fransa xəbər portalında

Fransanın populyar “Musulmans en France” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan yəhudiləri” adlı məqalənin yayınına başlayıb.

Məqalə yəhudilərin Azərbaycanda məskunlaşması tarixindən, ölkənin zəngin  mültikulturallıq və tolerantlıq ənənələrindən bəhs edir.

Məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı, əsasən, müsəlman ölkələrinin görkəmli şəxsiyyətləri, tarixi, elmi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materialları işıqlandırır.

 

https://musulmansenfrance.fr/les-juifs-dazerbaidjan/

 

 

VƏ DİGƏR...