“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”, Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının facebook səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayınına başlayıb.
Qeyd edək ki, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.