Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.
Əsərləri alman dilindən tanınmış tərcüməçilər – Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib.
Kitabın tərtibçisi – Mahir N.Qarayevdir.
Frans Kafka
(1883–1924)
· yəhudi əsilli Avstriya yazıçısı;
· 1883-cü il iyulun 3-də Praqada tacir ailəsində anadan olub;
· 1906-cı ildə Praqa Universitetinin hüquq fakültəsini bitirib və hüquq elmləri sahəsində dissertasiya müdafiə edib;
· əksər əsərləri ölümündən sonra nəşr olunub;
· “Məhkəmə”, “Qəsr”, “Amerika” romanlarının, “Çevrilmə”, “Hökm”, “Cəza koloniyasında”, “Bədbəxtlik”, “Çalağan”, “Körpü” kimi məşhur hekayə və pritçaların müəllifidir;
· əsərləri XX əsr dünya ədəbiyyatına, fəlsəfəsinə, ədəbi tənqidinə böyük təsir göstərib;
· uzun sürən ağır xəstəlikdən sonra 1924-cü il iyunun 3-də vəfat edib;
· Praqada yəhudi qəbiristanlığında dəfn olunub.
“Libraf”
“Kitabevim.az”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.