“Ədəbi düşüncələr” kitabı nəşr olundu

Azərbaycanın xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı (ADTM) işıq üzü görüb.
“Bir daha “Ədəbi düşüncələr” haqqında”, “Ədəbi düşüncələr necə yarandı", “Bəzən istedad gözəgörünməz olur”, “Ədəbi düşüncələr”də haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər”, “Qeydlər” adlı bölümlərdən ibarət kitabda müəllif ədəbiyyat, mədəniyyət, sənət haqqında düşüncələrini bölüşür, Azərbaycanda və dünyada baş verən ədəbi-mədəni prosesləri, yazıçıların, şairlərin həyat və yaradıcılığını dərindən təhlil edir.
Kitabın redaktoru Yaşar Əliyevdir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.
-
“Xosrov və Şirin”in yeni tərcümədə nəşri ədəbi ictimaiyyətə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.