Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında

Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayınına başlayıb.
Əsərin polyak dilinə tərcümə müəllifi – polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası olan “salon24.pl” və “ngo.pl” portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
![]() |
|
https://publicystyka.ngo.pl/880-lat-temu-urodzil-sie-azerbejdzanski |
![]() |
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf
-
“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News”
-
Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının