Karlos Fuentesin “Seçilmiş əsərləri”nin onlayn təqdimatı keçiriləcək

Karlos Fuentesin “Seçilmiş əsərləri”nin onlayn təqdimatı keçiriləcək

     Aprelin 21-də Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

     Görüş zamanı dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabının Meksika ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsinə əlamətdar töhfə olduğu və kitabın yaxın günlərdə Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsilə onlayn videokonfrans – təqdimatının keçiriləcəyi bildirilib.

   Xuan Rodriqo Labardini Flores: “Azərbaycanda Meksika ədəbiyyatına verilən bu dəyər tanınmış Meksika yazıçılarının əsərlərinin belə yüksək səviyyədə nəşri bizi, sözün əsil mənasında təsirləndirir. Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə ərsəyə gətirdiyi bu son nəşr isə mənim özümü də Karlos Fuentesin kitabda yer almış “Artemio Krusun ölümü” və “Aura” romanlarını yenidən oxumağa vadar etdi. Əsərlərin tərcümə keyfiyyəti  ekspertlərimiz tərəfindən yüksək dəyərləndirilib. Bu əlamətdar hadisəyə görə bir daha Mərkəzə dərin minnətdarlığımızı bildirirəm”.

     Daha sonra səfir Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması istiqamətində Nikaraquanın “Karatula” (Carátula), Venesuelanın “Poeziya” (Poesía) jurnallarının, eləcə də Meksika Milli Universitetinin (Universidad Nacional Mexico (UNAM) “Poeziya” (Poesía) qəzetinin bu sahədə Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirib.

Qalereya

VƏ DİGƏR...

  • Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında

    Almaniyanın populyar  “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...

  • Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

     

     

  • Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir” Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

    Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.