Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında

Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında

     Polşanın populyar  “salon24.pl” “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayınına başlayıb.

      Əsərin polyak dilinə tərcümə müəllifi – polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.

    Qeyd edək ki, geniş oxucu auditoriyası olan “salon24.pl” “ngo.pl”  portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır. 

 


https://www.salon24.pl/u/glosazebrejdzanu/1187883,880

https://publicystyka.ngo.pl/880-lat-temu-urodzil-sie-azerbejdzanski

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.