Fransa xəbər portalı Xocalı haqqında məqalənin yayınına başladı

Fransa xəbər portalı Xocalı haqqında məqalənin yayınına başladı

Fransanın  populyar “Musulmans en France” xəbər  portalı   ADTM-in “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş “Xocalı soyqırımı” məqaləsinin yayınına başlayıb.

Məqalənin müəllifi – Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fuad Həsənoğludur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən Musulmans en Franceportalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının tarixi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri ilə bağlı materiallar işıqlandırır.

 

https://musulmansenfrance.fr/il-y-a-30-ans-le-massacre-de-khodjaly/

 

 

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: