Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu

Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu

Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.

“Ernest Heminquey – həyat və yaradıcılığından strixlər” adlı ön sözlə açılan kitaba yazıçının “Qoca və dəniz”, “Ya var, ya yox” romanları, “Qadınsız kişilər” silsiləsindən “Məğlubedilməz”, “Yad ölkədə”, “Ağ fillər”, “Qatillər”, “On hindu”, “Təqib yürüşü” kimi hekayələri və “Həmişə səninlə olan bayram” avtobioqrafik memuarı daxil edilib.

Əsərlərin tərcümə müəllifləri – tanınmış tərcüməçilər Manaf Süleymanov, Mahir N. QarayevTəvəkkül Zeynallıdır.

 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...