“Şuşa həqiqətləri” xarici KİV-də

Türkiyənin “Alternatiftarih”, Misirin “Rayətu Misir Nyus”, “Nile Nyus”, “Asya əl-Yaum”, “Əl-Vasilə Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, İranın “Təbrizema”, Mərakeşin “Banassa”, İsrailin “Aziz Nyus”, Ukraynanın “Kievinform.com”, Rusiyanın “Finkaa.ru”, “Azerros.com”, “Atalar.ru”, Çinin “Alharir.info”, İspaniyanın “Turaz.es” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Şuşa həqiqətləri” adlı sənədli video-çarxın yayınına başlayıb.
Sənədli arxiv materialları əsasında yığılmış videoçarx Şuşanın qədim tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdikləri vəhşiliklərdən bəhs edir.
Qeyd edək ki, Misirin “Nile Nyus” informasiya portalının baş redaktoru Mahmud Diab “Şuşa həqiqətləri” videoçarxına istinadən Azərbaycanın qədim şəhəri olan Şuşa haqqında geniş məqalə yazıb.
VƏ DİGƏR...
-
Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında
İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,
-
Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub
Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri
-
Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı”