Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ədəbi ictimaiyyətə təqdim olundu

Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ədəbi ictimaiyyətə təqdim olundu

  Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmlə ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi  “Meşə nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.  Milli Kitabxanada baş tutan tədbiri giriş sözü ilə Mərkəzin Ukrayna üzrə koordinatoru Püstə Axundova açaraq kitabın müəllifi, görkəmli Ukrayna şairi Lesya Ukrainkanın yaradıcılığından danışıb, Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan bu yaradıcılığın Azərbaycan–Ukrayna ədəbiyyatlararası uğurlu əməkdaşlığın daha bir əlamətdar töhfəsi olduğunu bildirib.

   Daha sonra Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəhbəri, yazıçı-tərcüməçi Etimad Başkeçid,  İnformasiya departamentinin rəhbəri, yazıçı-tərcüməçi Yaşar Əliyev, kitabın Azərbaycan dilinə tərcümə müəllifi –  şair-tərcüməçi Salam Sarvan, filologiya elmləri doktoru, professor Cavanşir Yusifli, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, yazıçı-dramaturq Firuz Mustafa çıxış edərək Dövlət Tərcümə Mərkəzinin Ukrayna ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, Ukrayna xalqının milli-mənəvi dünyasını, milli folklorunun lirik-bədii salnaməsini yaratmış Lesya Ukrainkanın bu məşhur əsərinin Azərbaycan dilinə yüksək bədii səviyyədə tərcüməsindən söz açıblar.

   Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi Georgiy Selskiy öz çıxışında Lesya Ukrainka kimi görkəmli Ukrayna ədibinin kitabının Azərbaycanda işıq üzü görməsini istər Azərbaycan, istərsə də Ukrayna ədəbi mühiti üçün əlamətdar hadisə adlandırıb, Ukrayna ədəbiyyatının Azərbaycanda belə geniş tanıdılmasına və təbliğinə görə Dövlət Tərcümə Mərkəzinə təşəkkürünü bildirib.

    Tədbirin sonunda Mərkəzin əməkdaşı Sənan Nağıyev məşhur bəstəkar Vladimir Nazarovun “Meşə nəğməsi”nin motivləri əsasında yazdığı musiqili tamaşadan Lukaşın ariyasını ifa edib.

   Xatırladaq ki, kitab – görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuş Dövlət Tərcümə Mərkəzinin tərcümə və nəşr layihəsi çərçivəsində reallaşmışdır.

    Kitabın Ön sözünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında

    Türkiyənin “murekkephaber.com”, “dibace.net”“erikagacioyku.com”  ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin  türk dilinə tərcümə edilmiş “Qəm yemə, qəm əhlinin imdadına canan çatar qəzəlinin

  • Səməd Vurğunun şeirləri Qazaxıstan ədəbiyyat portalında Səməd Vurğunun şeirləri Qazaxıstan ədəbiyyat portalında

    Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Xalq şairi  Səməd Vurğunun

  • Abdulla Şaiqin şeirləri Almaniya ədəbiyyat portalında Abdulla Şaiqin şeirləri Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar LiteratPro ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi  Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”