Elçinin hekayəsi Gürcüstan ədəbiyyat portalında

Elçinin hekayəsi Gürcüstan ədəbiyyat portalında

 Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin “1TV.Eleqtroliti” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Xalq yazıçısı Elçinin gürcü dilinə tərcümə olunmuş “Qatar. Pikasso. Latur. 1968.” hekayəsinin yayınına başlayıb.

    Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin gürcü dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin gürcü dili üzrə mütəxəssisi, yazıçı-tərcüməçi İmir Məmmədlidir.

     Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən portal Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere,  Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer,  Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget,  Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 


https://1tv.ge/eleqtroliti/

https://1tv.ge/elit/matarebeli-pikaso-laturi/

 

 

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu “Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf

  • “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

    Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”Türkiyənin “detayhaberler.com”“igdirim76.com”Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News 

  • Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının