Xeyirxahlıq və nəciblik mücəssəməsi

Xeyirxahlıq və nəciblik mücəssəməsi

 

 

 

"Belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir".  

Mehriban Əliyeva

 

26 avqust - Azərbaycanın Birinci Xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyaya göz açdığı gündür.

Mehriban xanım özünün parlaq şəxsiyyəti və ictimai-siyasi fəaliyyəti ilə çoxdan ümümxalq məhəbbəti qazanmışdır. O, 2004-cü ilin 10 mayından Heydər Əliyev Fondunun prezidenti kimi genişmiqyaslı ictimai fəaliyyətə - cəmiyyətimizin sosial müdafiəyə ən çox ehtiyacı olan hissəsinin - valideyn himayəsindən məhrum, yetim, fiziki və əqli-psixoloji qüsurlarla doğulmuş, əlil, eləcə də talassemiya və diabet xəstəliyinə mübtəla olmuş uşaqların, tənha, xəstə qocaların, bu insanların məskun olduqları evlərin, internat məktəblərinin çoxsaylı problemlərinin öyrənilməsi və həlli ilə başlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsi sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. Bu, Mehriban xanımın onlarla mötəbər mükafat, təltiflərindən biridir.

Onun şəxsiyyətinə, çoxcəhətli fəaliyyətinə beynəlxalq aləmdə də maraq yüksəkdir. Dünyanın nüfuzlu "The Times" qəzetinin apardığı araşdırmaların nəticəsi kimi Mehriban xanım Əliyevanın adı Eleanora Ruzvelt, Hillari Klinton kimi qadınlarla bir sırada dünyanın ən tanınmış 5 fəal birinci xanımı siyahısına daxil edilib. Məşhur “Vogue” dərgisi Mehriban xanıma həsr olunmuş yazıda onun dünyanın ən yüksək zövqlü xanımlarından biri olduğunu yazıb. “Washington Times” qəzetində Mehriban Əliyeva haqqında dərc edilən məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanırdı. Birinci Xanım zəmanəmizin bir sıra görkəmli qadınları, o cümlədən, İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqalarının da layiq görüldüyü “XXI Əsrin Böyük Qadını” titulunun nominantı olmuşdu. Onlarla belə məqalədə Mehriban xanımın gözəllik, nəciblik, intellektuallıq, xeyirxahlıq, mərhəmət, insanlarla ünsiyyət qurmaq bacarığı kimi keyfiyyətləri unikal formada özündə birləşdirdiyi vurğulanıb.

Mehriban xanım hazırda doğum gününü 28 il davam edən işğaldan azad edilmiş Şuşa, Laçın, Kəlbəcər, Füzuli rayonlarında qarşılayır, vandal qonşularımızın xarabazara çevirdiyi ərazilərdə yaşamın bərpasına, sakinlərin doğma yurd-yuvalarında məskunlaşmasına özünün misilsiz töhfələrini verir.

Azərbaycan qadınının zəriflik, xeyirxahlıq mücəssəməsi olan Mehriban xanım müstəqil Azərbaycan dövlətinin qurucu memarı, ümummilli lider Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə xanımın gəlini, ədəbiyyatımızın görkəmli klassiki Mir Cəlal Paşayevin nəvəsi, böyük elm və təhsil təşkilatçısı akademik Arif Paşayevin və görkəmli şərqşünas alim Aida xanımın sevimli övladı olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəfalı ömür-gün yoldaşı, ən yaxın silahdaşı missiyasını şərəflə, ləyaqətlə yerinə yetirir.

Əziz Mehriban xanımı bu əziz gündə təbrik edir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

VƏ DİGƏR...

  • Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında

    Almaniyanın populyar  “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...

  • Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

     

     

  • Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir” Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

    Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.