Azərbaycan poeziyası məşhur Rusiya ədəbiyyat portalında

Rusiyanın populyar “45parallel.net” elektron ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Azərbaycanın tanınmış şairləri – Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinin və şairlərin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.
Portal həmçinin səhifədə gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Qeyd edək ki, daim yenilənən portal, mütəmadi olaraq səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Вдохновенье моё - Государственный Центр Перевода Азербайджана (45parallel.net) | ![]() |
![]() |
|
![]() |
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...