Vaqif Səmədoğlu yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında

Vaqif Səmədoğlu yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında

    Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun gürcü dilinə tərcümə olunmuş “Məktub yazsan”, “Mən öləndə”, “Mən bir gün üfüq olmuşdum”, “Yuxumda bir ömür gördüm”, “Əlimi uzatdım sevincə sarı”, “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, “Bir küçə də var şəhərimdə”, “Mənə şeir yazmaq öyrət, öyrət canavar izi...”, Kağızın üstünə düşüb...  şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

   Şeirlərin gürcü dilinə tərcümə müəllifi – yazıçı-tərcüməçi İmir Məmmədlidir.    

     Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.


https://newsaunje.ge/index.php?do=full&id=472

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...