Ramiz Rövşən yaradıcılığı Almaniya ədəbiyyat portalında

Ramiz Rövşən yaradıcılığı Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar Aphorismen.de” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “İlan balası” şeirinin və poeziyasından seçmə misraların yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi – Mərkəzin alman dili tərcüməçisi Məryəm Səmədova, bədii redaktoru – Tomas Şefterdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən Aphorismen.de” müntəzəm olaraq səhifələrində Sokrat, Demokrit, Çarlz Dikkens, Yunis Əmrə, Yohann Volfqanq Höte, Teodor Fontane kimi dünya şöhrətli filosofların, yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://www.aphorismen.de/autoren/person/11630/Ramiz+Rovshan

https://www.aphorismen.de/suche?f_autor=11630_Ramiz+Rovshan

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.