Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu

Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu

Kolumbiya Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili Maria Anxelika Stir sentyabrın 22-də Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşüb.

Görüş zamanı Azərbaycan–Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr, ölkələrarası ədəbi mübadilələrin perspektivləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” kitabının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiya, eləcə də  digər Latın Amerikası ölkələrində  tanıdılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Maria Anxelika Stir:

“Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb. Kitabın səfirlikdə geniş təqdimatını təşkil etməyi planlaşdırırıq”.

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...