Vsevolod Meyerholdun kitabı ilk dəfə Azərbaycanda

Vsevolod Meyerholdun kitabı ilk dəfə Azərbaycanda

 

Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejisoru Vsevolod Meyerholdun “Seçilmiş əsərləri” kitabını nəşr edib.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

“Teatrın tarixi və texnikası haqqında”, “O.M.Meyerholda məktublardan”, “Gündəlikdən (1907–1912-ci illər)”, “Fırtına”, “Maskarad”, “Teatr qeydləri”, “Alicənab dəyyus”, “Ürpənən torpaq”, “Meşə”, “Bubus müəllim”, “Mandat”, “Müfəttiş” adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya Tərcümə İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

 

Vsevolod Emilyeviç Meyerhold

(1874–1940)

● Rusiyanın Penza şəhərində anadan olub;

● teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir;

● 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlarıyla əməkdaşlıq edib;

● Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır;

● səhnə sənətində qrotesk üslubunun, “Biomexanika” adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur “Teatr Oktyabrı” proqramının müəllifidir;

● “Don Juan” (Molyer), “Müfəttiş” (N.Qoqol), “Hedda Qabler” (H.İbsen), “Mandat” (N.Erdman), “Elektra” (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib;

● repressiya illərində azadlıqdan məhrum edilib;

● 1940-cı ildə həbsxanada güllələnib.

VƏ DİGƏR...

  • “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında

    IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib.

  • “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında

    Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib.

  • Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış Ön sözə səhifə ayırıb.