Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ilk dəfə Azərbaycan dilində

Görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi elan olunmuş Azərbaycan Dövlət Tərcümə Mərkəzi şairin seçmə şeirlərinin toplandığı “Meşə nəğməsi” kitabını Azərbaycan dilinə tərcümə və nəşr edib.
Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan poetik toplunu ukrain dilindən sətri tərcümə əsasında tanınmış Azərbaycan şairi Salam Sarvan çevirib.
Kitabın Ön sözünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Lesya Ukrainka
* Görkəmli Ukrayna şairi;
* 1871-ci ilin 25 fevralında Volın quberniyasında (indiki Jütomir vilayəti) zadəgan ailəsində anadan olub;
* müxtəlif janrlarda (poeziya, epos, dram, nəsr) əsərlər yaradıb;
* XX əsrin əvvəlində Ukrayna milli hərəkatının fəal üzvlərindən olub;
* “Mahnı qanadlarında” (1893), “Düşüncələr və arzular” (1899), “Köhnə nağıl” (1893), “Kassandra” (1903–1907) kimi şeir kitablarının müəllifidir;
* Ukraynada aparılan sorğular nəticəsində Lesya Ukrainkanın, Taras Şevçenko, Boqdan Xmelnitski kimi böyük tarixi şəxsiyyətlərlə bir sırada yer aldığı aşkar edilib;
* şair 1913-cü il avqustun 1-də 42 yaşında Tbilisidə vəfat edib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...