“DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinə əsər qəbulunun müddəti uzadıldı

“Dəf(i)nə yarpağı” müsabiqəsində iştirak etmək istəyənlərin çoxsaylı müraciətləri nəzərə alınaraq tərcümə əsərlərinin qəbulu müddəti 2022-ci il iyulun 31-nə qədər uzadılır.
Müsabiqənin şərtləri
* Müsabiqəyə 2020–2022-ci illərdə orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr – 20.000 işarəyə qədər;
poeziya – 100 misraya qədər.
* tərcümə müəllifi hər hansı nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər;
* müsabiqə iştirakçılarına yaş məhdudiyyəti qoyulmur.
Müsabiqənin mükafat fondu
Nəsr və poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Əsərin göndərilmə qaydası
* müsabiqə şərtlərinə uyğun gəlməyən formatda təqdim edilən mətnlər geri qaytarılır.
Əlavə sənədlər
* şəxsiyyət vəsiqəsinin surəti
* müsabiqə iştirakçısının əlaqə nömrəsi.
Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74
Email: musabiqe@aztc.gov.az
Telefon: (012) 595 10 69
Mob: (055) 988 89 30 (votsap)
VƏ DİGƏR...
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.
-
ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.