Yusif Səmədoğlu və Ələkbər Salahzadə yaradıcılığı Bolqarıstan ədəbiyyat jurnalında

Yusif Səmədoğlu və Ələkbər Salahzadə yaradıcılığı Bolqarıstan ədəbiyyat jurnalında

Bolqarıstanın populyar “Literaturen svyat” elektron ədəbiyyatı jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “İncə dərəsində yaz çağı” hekayəsinin və tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin “Elegiya” şeirinin yayınına başlayıb.

Əsərlərin bolqar dilinə tərcümə müəllifləri – tanınmış bolqar tərcüməçiləri Nadya Popova İvan Esenskidir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen svyat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar Allan Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.


https://literaturensviat.com/?p=183921

https://literaturensviat.com/?p=183930

 

 

VƏ DİGƏR...

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

  • ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı

    Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.