Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda

Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda ukrain dilində Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı (ADTM) haqqında veriliş yayınlayıb.
Verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, ukrain dilinə tərcümə olunmuş “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas-alim Aqafangel Krımskinin “Nizami və onun müasirləri” adlı monoqrafiyasından söz açılıb.
http://ukr.radio/schedule/play-archive.html?periodItemID=2844889 |
![]() |
VƏ DİGƏR...
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.
-
“Xosrov və Şirin”in yeni tərcümədə nəşri ədəbi ictimaiyyətə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.