Gürcüstan televiziyası Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini işıqlandırıb

Gürcüstan televiziyası Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini işıqlandırıb

   Gürcüstan televiziyasının “12-ci TV” kanalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi uğurlu beynəlxalq layihələr çərçivəsində ölkələrarası ədəbi əlaqələrin inkişafına həsr olunmuş veriliş yayınlayıb. Verilişdə Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili, tanınmış gürcü şairi Bela Keburia,  Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri İlqar Qarayev və Gürcüstanla ədəbi əlaqələr üzrə koordinatoru, yazıçı-tərcüməçi İmir Məmmədli iştirak ediblər.

     Verilişin aparıcısı, tanınmış gürcü jurnalisti Cemal Qorqiladze son illər Gürcüstan və Azərbaycan arasında yaranmış sıx ədəbi əlaqələrin əhəmiyyətindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən söz açıb. Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili və Bela Keburia Dövlət Tərcümə Mərkəzinin xarici ölkələrdə, o cümlədən Gürcüstanda ərsəyə gətirdiyi layihələrin önəmindən danışaraq gürcü dilində Tbilisidə işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası”gənc, istedadlı şair Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusu, bu il isə Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində gürcü dilində ərsəyə gətirilmiş “Leyli və Məcnun” kimi kitabların gürcü ədəbi mühiti və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığını və yüksək dəyərləndirildiyini bildiriblər.

   Mərkəzin  Beynəlxalq əlaqələr idarəsinin rəhbəri  İlqar Qarayev və Gürcüstanla ədəbi əlaqələr üzrə koordinatoru İmir Məmmədli Mərkəzin fəaliyyətinə verilən yüksək qiymətə görə gürcü həmkarlarına təşəkkürlərini bildirərək ədəbiyyatlararası mübadilələr istiqamətində nəzərdə tutulan yeni tərcümə və nəşr layihələri barədə danışıblar.

         

 

VƏ DİGƏR...

  • Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu

     Dövlət Tərcümə Mərkəzi bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvanın tarixindən – 1827-ci ildə bu ərazilərə köçürülmüş ermənilərin Çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə 

     

  • “Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu “Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf

  • “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

    Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”Türkiyənin “detayhaberler.com”“igdirim76.com”Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News