Nizami Gəncəvi yaradıcılığı Çili ədəbiyyat jurnalında

Nizami Gəncəvi yaradıcılığı Çili ədəbiyyat jurnalında

Çilinin “Ærea. Revista Hispanoamericana de Poesía” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” əsərindən “Peyğəmbərin meracı” hissəsini nəşr edib.

Nizami yaradıcılığının şah əsərlərindən sayılan əsərin ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linaresdir.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən jurnal İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamaqla yanaşı, ABŞ-ın ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilir.

Jurnalın baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

 

http://www.aepoesia.com/p/inicio.html 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.