Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında

Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında

Bolqarıstanın “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Salam Sarvanın “Yaşayış”, “Vəziyyət”, “Kişi”, “Xətlər”, “Sevgi”, “Kəndirbaz”, “Körpü” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar PoFrans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://literaturensviat.com/?p=185675

 

·        Salam Sarvan

·        1966-cı ildə Cəlilabadda anadan olub;

·        N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib;

·        "Sənə deyiləsi deyil, sənə deyiləsi sözüm""Mən gələr olmadım, yolu qarşıla""Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir;

·        şeirləri ingilis, fransız, rus, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub;

·        "Boğulmaq da olmur, dayazdır dünya" kitabı Ukraynada nəşr edilib;

·        “Qızıl kəlmə” ədəbi mükafatının “Poeziya nominasiyası” üzrə qalibi olub.

 

YAŞAYIŞ 

Tufanda qaçıb evə girirəm,

zəlzələdə qaçıb çıxıram çölə.

Başqa heç bir səbəb yoxdu

gəl-get üçün.

 

VƏZİYYƏT

Eynən qatarların vəziyyətindəyəm.

Onlarçün qandal relslərdən

çölə, azadlığa çıxmağın

bircə yolu var – QƏZA!

 

KİŞİ

Zülmnən tapdığı çörəyi

hər axşam bölər evində

bir tikə hərəyə –

özünə, arvada, uşaqlara

və siçançün qurulmuş tələyə.

 

XƏTLƏR

Falçının qarşısında açılmış

bu qoca əllərin içi

hələ də eyni şeyi göstərirdi:

«17 yaşında məhəbbətini tapacaqsan…»

 

SEVGİ 

Zibil qutularında hər gün

çörək tullantılarını yığan bomj

bu dəfə tullanmış solğun gülləri yığırdı

qadınına bağışlamaqçün.


KƏNDİRBAZ

Cavanlığı kəndir üstündə
keçmiş bu qoca
indi körpü üstündə ovudur ozünü.

 

KÖRPÜ

Bu gün bildim ki,

ən etibarlı körpü

suyun öz səthidir -

heç vaxt uçulmayacaq,

sökülməyəcək körpü

 

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...