Nizami Gəncəvi yaradıcılığı xarici KİV-də

Belarusun populyar “stihi.by”, İraqın “ashurnews.com” və “afkarhura.com” portalları, Çilinin Vicente Uidobro Mədəniyyət Fondunun “Altazor” elektron ədəbiyyat jurnalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan poema, qəsidə və hikmətli kəlamlarının yayınına başlayıb.
Nizami yaradıcılığının şah əsərlərindən sayılan “Yeddi gözəl” poemasından hissələrin ispan dilinə tərcümə müəllifi – tanınmış İspaniya tərcüməçisi Karmen Linares, qəsidələrin rus dilinə tərcümə müəllifi – tanınmış Rusiya tərcüməçisi Mayya Borisova, hikmətli kəlamların ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalovdur.
![]() |
|
![]() |
![]() |
|
![]() |
VƏ DİGƏR...
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.
-
ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.