Nizami Gəncəvinin “Yeddi gözəl”i Madriddə təqdim olundu

Nizami Gəncəvinin “Yeddi gözəl”i Madriddə təqdim olundu

   Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin tanınmış nümayəndələri, elm və sənət adamları iştirak ediblər.

   İspaniyanın Mühyiddin İbn əl-Ərəbi Cəmiyyətinin sədri, filologiya elmləri doktoru, professor Pablo Beneito tədbiri giriş sözü ilə açaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının dünya poeziyasına təsirindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İspaniya–Azərbaycan ədəbi əlaqələrinin inkişafına, iki ölkə arasında ədəbiyyatlararası mübadilələrə verdiyi əlamətdar töhfələrdən danışıb.

   Daha sonra “Mandala Ediciones” nəşriyyatının direktoru Fernando Kabal Riera, yazıçı-rəssam Ana Krespo, Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin nümayəndəsi Məqsəd Hüseynov və digər qonaqlar çıxış edərək, Nizami Gəncəvi poeziyasının dərin hikmətlərindən, ədaləti, humanizmi, bərabərliyi, İnsanlığa sevgi və mərhəməti tərənnüm edən bəşəriliyindən söz açıblar.

      Tədbirin sonunda yazıçı-rəssam Ana Krespo sufizm mövzusunda çəkdiyi rəsmlərin slaydlarını nümayiş etdirib, mövzuya dair sualları cavablandırıb.

      Qeyd edək ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifi Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübuta yetirən yeni Ön sözlə nəşrinə nail olundu.

    Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.