Gürcüstan televiziyası Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini işıqlandırıb

Gürcüstan televiziyası Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini işıqlandırıb

   Gürcüstan televiziyasının “12-ci TV” kanalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi uğurlu beynəlxalq layihələr çərçivəsində ölkələrarası ədəbi əlaqələrin inkişafına həsr olunmuş veriliş yayınlayıb. Verilişdə Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili, tanınmış gürcü şairi Bela Keburia,  Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri İlqar Qarayev və Gürcüstanla ədəbi əlaqələr üzrə koordinatoru, yazıçı-tərcüməçi İmir Məmmədli iştirak ediblər.

     Verilişin aparıcısı, tanınmış gürcü jurnalisti Cemal Qorqiladze son illər Gürcüstan və Azərbaycan arasında yaranmış sıx ədəbi əlaqələrin əhəmiyyətindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən söz açıb. Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili və Bela Keburia Dövlət Tərcümə Mərkəzinin xarici ölkələrdə, o cümlədən Gürcüstanda ərsəyə gətirdiyi layihələrin önəmindən danışaraq gürcü dilində Tbilisidə işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası”gənc, istedadlı şair Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusu, bu il isə Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində gürcü dilində ərsəyə gətirilmiş “Leyli və Məcnun” kimi kitabların gürcü ədəbi mühiti və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığını və yüksək dəyərləndirildiyini bildiriblər.

   Mərkəzin  Beynəlxalq əlaqələr idarəsinin rəhbəri  İlqar Qarayev və Gürcüstanla ədəbi əlaqələr üzrə koordinatoru İmir Məmmədli Mərkəzin fəaliyyətinə verilən yüksək qiymətə görə gürcü həmkarlarına təşəkkürlərini bildirərək ədəbiyyatlararası mübadilələr istiqamətində nəzərdə tutulan yeni tərcümə və nəşr layihələri barədə danışıblar.

         

 

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: