Rüstəm Behrudi və Həmid Herisçi yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

İspaniyanın populyar “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin və Həmid Herisçinin şeirlərinin yayınına başlayıb. Geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin “Cəlladla üz-üzə” şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edir.
Qeyd edək ki, “El coloquio de los perros” portalı, mütəmadi olaraq səhifələrində Henri Lonqfello, Corc Eliot, Paul van Ostaijen, Sen-Pol-Ru kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır.
![]() |
|
![]() |
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf
-
“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News”
-
Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının