Mikayıl Müşfiq və Əli Kərim yaradıcılığı İspaniya elektron ədəbiyyat jurnalında

Mikayıl Müşfiq və Əli Kərim yaradıcılığı İspaniya elektron ədəbiyyat jurnalında

İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairləri Mikayıl MüşfiqinƏli Kərimin ispan dilinə tərcümə olunmuş şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.

Mikayıl Müşfiq poeziyasının şah əsərləri sayılan “Küləklər”, “Yenə o bağ olaydı”, Əli Kərimin məşhur “Qış günündə” “Daş” şeirlərinin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 


https://www.babab.com/2022/01/17/

https://www.babab.com/2022/01/10/

 

 

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.