Rüstəm Behrudi və Həmid Herisçi yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

Rüstəm Behrudi və Həmid Herisçi yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

    İspaniyanın populyar “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin Həmid Herisçinin şeirlərinin yayınına başlayıb. Geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin Cəlladla üz-üzə şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edir.

    Qeyd edək ki, “El coloquio de los perros” portalı, mütəmadi olaraq səhifələrində Henri Lonqfello, Corc Eliot, Paul van Ostaijen, Sen-Pol-Ru kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

   Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır. 

 

 


https://elcoloquiodelosperros.weebly.com/traducciones

https://elcoloquiodelosperros.weebly.com/traducciones/

 

 

 

 

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...