Tərcümə Mərkəzinin dil kurslarına maraq artmaqdadır

Tərcümə Mərkəzinin dil kurslarına maraq artmaqdadır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi xarici dil öyrənmək istəyən şəxslər və abituriyentlər üçün ingilis, fransız, alman, ispan, rus, türk, fars və ərəb dilləri üzrə dil kursları, tərcümə peşəkarlığı səviyyəsini artırmaq istəyənlər üçün isə media, maliyyə, iqtisadi, hüquq, bədii və humanitar sahələr üzrə ixtisasartırma kursları təşkil edir.

Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, iki ədəd fotoşəkil və CV formasının Mərkəzin info@aztc.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Kursları bitirən şəxslərə Mərkəz tərəfindən diplom və sertifikatlar verilir.

 

VƏ DİGƏR...