Türkiyənin tanınmış lüğətçi-alimi Tərcümə Mərkəzində
Dekabrın 6-da Türkiyənin tanınmış lüğətçisi, dilçi-alim, professor Şükrü Haluk Akalın Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan və türk dillərinin filoloji, elmi və ədəbi müstəvidə təhqiqatına xidmət edəcək ortaq layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Türk Dil Qurumu və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətiriləcək lüğət və sözlüklərin tərtibi və nəşri, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının qardaş ölkənin universitetlərində tədrisi, eləcə də Türkiyə – Azərbaycan ədəbiyyatları arasında əlaqələrin genişlənməsinə yol açacaq digər məsələlər müzakirə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.