“Azərbaycan–ispan danışıq kitabçası” nəşr olundu

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan–ispan danışıq kitabçası” işıq üzü görüb. Kitabça İspaniya və ispandilli ölkələrə işgüzar, turist səfərinə gedənlər, eləcə də ispan dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün nəzərdə tutulub.
Kitabçaya daxil edilən söz və ifadələr “Əsas ifadələr”, “Gediş və gəliş”, “Mehmanxanada”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Əlaqə vasitələri”, “Tibbi yardim”, “Alış-veriş və xidmətlər”, “Saylar”, “Vaxt və tarix” adlı bölümlər üzrə təqdim edilib.
Kitabın tərtibçisi – Mərkəzin İspaniya–Azərbaycan ədəbi əlaqələri üzrə koordinatoru Aysel Əliyeva, redaktorları – Belqrad Universitetinin ispan dili üzrә mühazirәçisi Francisco Capilla Martín və Bәhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
-
Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında
İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,
-
Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub
Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri