Vaqif Bayatlı Odərin yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

Vaqif Bayatlı Odərin yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat por­talı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsin­də tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olun­muş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

     Şeirin tərcümə müəllifi – şair-tərcüməçi İmir Məmmədlidir.

 Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə  Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

 

https://newsaunje.ge/index.php?do=full&id=471

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...