“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında:
“AZƏRBAYCAN ƏDƏBİYYATI” – rubrikasında İsi Məlikzadənin “Duz” hekayəsi;
“ƏDƏBİ DÜŞÜNCƏLƏR” – rubrikasında “Frans Kafkanın Yanouxla söhbətləri”;
İSPAN POEZİYASI – rubrikasında Federiko Qarsia Lorkanın “Tamarit Divanı”;
KORİFEYLƏR – rubrikasında Migel Asturiasın “Senyor Prezident” romanı;
HEKAYƏ – rubrikasında Emilian Stanev və Zuvdiya Hodciçin hekayələri;
YADDAŞ – rubrikasında Cihad Aydoğmuşoğlunun “Şah Abbas və zamanı”;
MEMUAR – rubrikasında Las Kazın “Müqəddəs Yelena adasındakı dustağın düşüncələri”;
İLAHİ KEÇİD – rubrikasında “Tövrat”;
ROMAN – rubrikasında Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı;
TEATR – rubrikasında Lola Koenin “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.
Jurnal Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş