Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan: “Mədəni birliyimizi inkişafa aparacaq təməl məhz ədəbiyyat olacaq”

Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan yaxın günlərdə qurumun rəsmi www.tyb.org.tr saytına verdiyi müsahibədə Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında imzalanmış memorandum haqqında fikirlərini bölüşərək, əməkdaşlıq memorandumu çərçivəsində hər iki qardaş ölkənin ədəbiyyatının tanıdılması və təbliği sahəsində nəzərdə tutulan məsələlərdən söz açıb: “Əsərlərin elektron kütləvi informasiya vasitələrində, dövri mətbuatda yayımlanması, eləcə də ayrıca kitab şəklində nəşr edilməsi, hər iki ölkənin ədəbiyyatının tanıdılması və təbliği istiqamətində birgə təqdimatların, dəyirmi masaların və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihələrin bu sahədə olan boşluğun aradan qaldırılmasında mühüm rol oynayacağına inanıram”.
Başqan, həmçinin memorandumun digər türk dövlətləri ilə də bağlanılmasının zəruriliyini vurğulayaraq, Qarabağ zəfərindən sonra qurulacaq yeni yolların coğrafi yaxınlığa səbəb olacağını və böyük Türk Dünyasının mədəni birliyini yaradacaq təməlin məhz ədəbiyyat olacağını bildirib: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq dövlətlərimiz arasında ədəbi-mədəni, siyasi və digər sahələrdə münasibətlərə də yeni imkanlar açacaq”.
Dil, musiqi, teatr və kinematoqrafiya kimi sahələrdə də ortaq əməkdaşlığın zəruriliyinə toxunan Musa Kazım Arıcan milli və mənəvi birlik ideyalarının həyata keçirilməsi yolunda ədəbiyyat və sənət adamlarının çiyninə böyük yük düşdüyünü qeyd edərək, Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığın bu sferalarda da uğurlu olacağına inamını ifadə edib: “Türk dünyasının ortaq tarix kitabları ilə bərabər, bədii kitabların nəşrinə çox böyük ehtiyac var. Bu işdə Türkiyə Yazarlar Birliyi olaraq əlimizdən gələni etməyə hazırıq”.
TYB ile Azerbaycan Devlet Tercüme Merkezi arasında İşbirliği anlaşması imzalandı | ![]() |
VƏ DİGƏR...
-
Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.