Şahmarın hekayəsi Gürcüstanın ədəbiyyat portalında

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın gürcü dilinə tərcümə olunmuş “İtki” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin gürcü dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin gürcü dili üzrə mütəxəssisi, yazıçı-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan Mədəniyyət, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
![]() |
VƏ DİGƏR...
-
Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu
Dövlət Tərcümə Mərkəzi bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvanın tarixindən – 1827-ci ildə bu ərazilərə köçürülmüş ermənilərin Çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə
-
“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf
-
“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News”