Qarabağ Azərbaycandır!

10 Noyabr Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs Gün münasibətilə ürəkdən təbrik edirəm! “Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevə “Var ol, yaşa, Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”
Qalib Xalqın yazıçısı
Afaq Məsud
VƏ DİGƏR...
-
Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında
İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,
-
Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub
Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri
-
Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı”