Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında Memorandum imzalandı

Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında Memorandum imzalandı

  Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi məqsədilə davamlı və konstruktiv əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 Memorandumda Azərbaycan–Türkiyə ədəbiyyatlararası qarşılıqlı mübadilə­lər çərçivəsində əsərlərin tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

  Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və Türkiyə Yazarlar Birliyinin sədri, yazıçı Musa Kazım Arıcan tərəfindən imzalanıb.

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...