Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin növbəti birgə nəşr layihəsi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin növbəti birgə layihəsi – Müasir Argentina uşaq ədəbiyyatının tanınmış siması – yazıçı Mariya Elena Valşın “Dailan Kifki” əsəri Azərbaycan dilində işıq üzü görüb.
Əsasən, orta məktəb şagirdlərinin mütaliəsi üçün nəzərdə tutulmuş nəfis tərtibli kitab, sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir.
Əsərin ispan dilindən tərcüməçisi Emin Ələsgərov, redaktoru İlqar Əlfidir.
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.