Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turuna start verdi.
“DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsi
Müsabiqənin şərtləri
* Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər;
poeziya nümunələri – 100 misraya qədər;
* hər nominasiya üzrə mükafatın bir tərcüməçiyə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;
* bir tərcüməçi müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* müsabiqədə iştirak edən tərcüməçilərə yaş məhdudiyyəti yoxdur;
* əsərlər oktyabrın 1-dən dekabrın 20-sinə qədər qəbul edilir;
* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.
Müsabiqənin gedişatı
* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;
* əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir;
* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;
* qaliblər diplom və pul mükafatı ilə təltif olunur.
Müsabiqənin mükafat fondu
Nəsr üzrə
I yer – 2000 (iki min) manat
II yer – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Əsərlərin göndərilmə qaydası
* əsərlər, tərcüməçinin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə (əgər varsa), elektron poçt vasitəsi ilə, yaxud 5 nüsxədə kağız formatında təqdim edilməlidir;
* əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;
* əsərin orijinal variantı da təqdim edilməlidir;
* müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.
Əlavə sənədlər
* şəxsiyyət vəsiqəsinin surəti;
* müsabiqə iştirakçısının əlaqə nömrəsi.
Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74
Email: musabiqe@aztc.gov.az
Telefon: (012) 595 10 69
Mob: (055) 988 89 30 (votsap)
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.