Andre Morua Azərbaycan dilində
Görkəmli Fransa yazıçısı Andre Moruanın “Vəsiyyətnamə” (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) kitabı işıq üzü görüb.
Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Bioqrafiya”, “Love in Exile”, “Qızıl pulun qarğışı”, “Mirrina”, “Çərşənbə gününün bənövşələri”, “Vəsiyyətnamə”, “Balzakın günahı ucbatından” kimi 13 hekayəsi, o cümlədən dünyaca məşhur “Yad qadına məktublar” romanı daxil edilib.
İncə bədii duyum, dərin psixologizm, klassik düşüncə sahibi olan Morua, əsasən, avtobioqrafik hekayələr və romanlar ustası kimi tanınır. Yazıçının Şelli, Bayron, Balzak, Hüqo, Düma, Jorj Sand, Turgenev, Çexov və digər dünya ədibləri haqqında qələmə aldığı esse və xatirələri onun adını memuar ədəbiyyatı janrının parlaq müəllifi kimi də əbədiləşdirib.
Əsərləri dilimizə tanınmış şair, tərcüməçi Mahir N.Qarayev çevirib.
Kitabın redaktoru Rəbiqə Nazimqızıdır.
VƏ DİGƏR...
-
Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında
İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir poeziyasının...
-
Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında
İngiltərənin populyar “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.
-
Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.