Şahmarın hekayəsi xarici ədəbiyyat portallarında

Şahmarın hekayəsi xarici ədəbiyyat portallarında

Əlcəzairin “alharir.info” xəbər və İraqın “alnoor.se” ədəbiyyat və mədəniyyət  portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın ərəb dilinə tərcümə edilmiş “İtki”  hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən hər iki portal, əsasən, Herman Hesse, Ernesto Sabato, Qabriel Qarsia Markes, Federiko Qarsia Lorka, Tomas Lav Pikok kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.


 

 ŞAHMAR

(1939–1989)

 

Yazıçı, publisist;

– Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsini bitirib;

– A.Şaiq adına Dövlət Kukla Teatrında çalışıb;

– teatrın səhnəsində bir neçə əsəri tamaşaya qoyulub;

– bədii yaradıcılığa 1977-ci ildə yazdığı “Bir balaca səhv” hekayəsi ilə başlayıb;

– “Elçilik” “İtki” adlı kitabları nəşr olunub;

– vəfatından sonra M.F.Axundov adına mükafata layiq görülüb.


https://alharir.info/%D9%82%D8%B5%D8%A9-
http://www.alnoor.se/article.asp?id=386018

 

 

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.