Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü gördü

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum”) kitabı (Dövlət Tərcümə Mərkəzi) Kiyevdə işıq üzü görüb.
Kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələr izah və şərhlərlə verilib.
Şairin həyat və yaradıcılığını əks etdirən “У пошуку живих імен” (“Canlı adlar axtarışında”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.
Ukraynanın nüfuzlu “Саміт-Книга” nəşriyyatı tərəfindən çap olunmuş kitab böyük Nəsimi poeziyasının ukrain oxucuları ilə ilk görüşüdür.
Şeirləri orijinaldan ukrain dilinə tanınmış Ukrayna şairləri – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.
Tərtib müəllifləri – Dmitri Çistyak və Püstə Axundovadır.
VƏ DİGƏR...
-
Nəsiminin qəzəllər toplusu Xarkovda təqdim olundu (foto, video)
Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650...
-
Nəsiminin qəzəllər toplusu Ukrayna Yazıçılar Birliyində təqdim olunub
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə...
-
Tanınmış Meksika yazıçısı Tərcümə Mərkəzində
Noyabrın 25-də tanınmış Meksika yazıçısı David Toskana və Meksikanın Azərbaycandakı səlahiyyətli səfiri...